Soyuq havada iməkləyib evdən çıxan körpə donaraq öldü
10:20 09-12-2019 753
Rusiyanın Volqoqrad vilayətində gecə soyuq havada çöldə qalan azyaşlı donaraq ölüb.
Surovikino şəhərində 11 aylıq körpə gecə vaxtı iməkləyərək, evdən çölə çıxıb və soyuq havada çöldə qaldığından donaraq ölüb.
TASS-ın verdiyi xəbərə görə, onun meyitini evin iki metrliyində tapıblar.