Təhsil Nazirliyinin xətti ilə  IX sinif şagirdləri üçün sınaq imtahanları keçirmişdir

22:07 14-12-2019 76

14 dekabr 2019-cu il tarixdə Təhsil Nazirliyinin xətti ilə  ölkəmizin bütün regionlarında IX sinif şagirdləri üçün sınaq imtahanları keçirilmişdir.

Beyləqanda da N.Allahverdiyev adına şəhər 1 nömrəli, F.Hacıyev adına şəhər  2 nömrəli, akademik M.Mehdizadə adına şəhər 3 nömrəli və bu il istifadəyə verilmiş, müasir tipli şəhər 8 nömrəli tam orta məktəbində  sınaq imtahanları keçirilmişdir.

Eyni zamanda Beyləqan ərazisində fəaliyyət göstərən Füzuli, Cəbrayıl, Laçın  rayonlarının şagirdləri də 8 saylı tam orta məktəbində sınaq imtahanlarında iştirak etmişlər.

İmtahan iştirakçılarının öz bilik və bacarıqlarını nümayiş etdirmələri üçün bütün imtahan  keçirilən məktəblərdə zəruri şərait yaradılıb. İmtahan prosesinin gedişinə təcrübəli müəllimlər tərəfindən nəzarət olunub.

 Gələcəyimiz olan  şagirdlərin hər birinə yüksək qiymətlər almağı arzu edirik.