İraqda İŞİD-in tarixinə aid kütləvi məzarlıq aşkarlandı

03:40 16-12-2019 375

İraqın Əl-Fəlluca şəhəri yaxınlığında 643 mülki şəxsin dəfn edildiyi kütləvi məzarlıq aşkarlanıb.
 
TASS xəbər verir ki, kütləvi məzarlıq 2016-cı ildə salınıb.
 
Həmin vaxt bu ərazilərə İŞİD terror təşkilatı nəzarət edib. 
 
Həmin kütləvi məzarlıqda əl-mühəmdə tayfasının qətlə yetirilmiş üzvlərinin basdırıldığı güman edilir. 
 
2016-cı ildə həmin tayfanın üzvləri yoxa çıxıb və indiyə qədər onların taleyi məlum olmayıb. Qətliamda uşaqların da öldürüldüyü bildirilir.