Estoniyanın DİN rəhbəri Finlandiyanın baş nazirini “satıcı” adlandırdı

07:20 16-12-2019 347

Estoniyanın Dаxili İşlər Nazirliyinin (DİN) başçısı Mart Helme 34 yaşlı Sanna Marinin Finlandiyanın baş nazir vəzifəsinə təyin olunmasını pisləyib. O bu barədə “TRE Raadio” radiostansiyasına bildirib.

“Mən bununla əlaqədar olaraq Vladimir Ulyanov Leninin sözlərini xatırladardım ki, istənilən aşpaz nazir ola bilər”, - deyə DİN rəhbəri qeyd edib. 

Nazirin sözlərinə görə “satıcı baş nazir vəzifəsinə qədər ucalıb”, “küçə aktivistləri və savadsız insanlar” isə fin hökumətində təmsil olunublar.

M.Helme hesab edir ki, solçular hökuməti qonşu dövləti çökdürəcək.