Bakıda 21 yaşlı kişi yaşadığı binanın həyətində bıçaqlanıb
04:00 29-12-2019 682
Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə Habil Mirzəyev küçəsi, Döngə 3 ünvanında qeydə alınıb.
1998-ci il təvəllüdlü Şatıyev Allahverdi Nazim oğlu binanın həyətində naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 1 saylı Xəstəxanaya çatdırılıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsində araşdırma aparılır.