Bakıda kütləvi dava zamanı bir nəfər qətlə yetirildi, taksi sürücüsü bıçaqlandı

04:20 05-01-2020 556

Binəqədi rayonunda qətl hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, hadisə 9-cu mikrorayonda Səttar Bəhlulzadə küçəsində qeydə alınıb.

Taksi sürücüsü 1985-ci il təvəllüdlü Əkbərov Ziyad Əfqan oğlu və 1988-ci il təvəllüdlü Anar Tağıyev naməlum şəxs tərəfindən bıçaqlanıblar.

Z.Əkbərov yaralı vəziyyətdə A.Tağıyevi özünə məxsus avtomobillə 1 saylı şəhər xəstəxanasına aparıb. Lakin A.Tağıyev avtomobildə çox qan itirdiyindən dünyasını dəyişib.

Z.Əkbərov isə ayağından bıçaqlandığı üçün cərrahi əməliyyat olunub.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi və Binəqədi Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə baxış keçirib.

Hazırda araşdırma aparılır.

Kamil Əmirli