Bakıda 49 yaşlı kişi döyülərək ağır yaralanıb

03:40 19-01-2020 334

Paytaxtın Nəsimi rayonunda döyülmə hadisəsi baş verib.

Hadisə Azadlıq prospektində, Dövlət Neft Akademiyasının qarşısında qeydə alınıb.

1971-ci il təvəllüdlü Hüseynov Faiq Məhəmməd oğlu iki nəfər naməlum şəxslə mübahisə edib. Əlbəyaxa davaya çevrilən mübahisə zamanı F.Hüseynov döyülərək ağır bədən xəsarətləri alıb.

Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, qabırğalarının sınığı diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində araşdırma aparılır.

Kamil Əmirli