Putinlə görüşdən əvvəl Medvedevlə Mişustin arasında maraqlı dialoq - VİDEO

19:20 20-01-2020 140

Rusiyanın keçmiş baş naziri Dmitri Medvedev və onun sələfi Mixail Mişustin arasında prezident Vladimir Putinlə görüşdən əvvəl aparılan danışıqların videosu böyük maraq doğurub.

“RİA Novosti”nin məlumatına görə, görüntülər Kreml jurnalistlərinin “Telegram” kanalında yayımlanıb.

Keçmiş və indiki baş nazirin söhbətinin məzmunu barədə məlumat verilmir.

Qeyd olunur ki, kadrlar dövlət başçısının Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündən əvvəl qeydə alınıb.