HAQ YOLUNDA SIRALANAQ,

BU TORPAĞA ARXALANAQ

20:34 26-01-2020 1074

Müsahibimiz 81 saylı Beyləqan Seçki Dairəsindən  parlament seçkilərinə namizədliyi qeydə alınan Quliyev Orxan Ramiz oğludur

Orxan müəllim, necə oldu ki, parlament seçkilərinə namizədliyinizi irəli sürdünüz?

-Bu gün ölkəmizin  Prezidenti, cənab İlham Əliyevin  apardığı uğurlu siyasət nəticəsində respublikamız  sürətlə  inkişaf edir.  Ölkə Rəhbərinin  apardığı  uğurlu  islahatlar ölkəmizi tərəqqiyə aparır.Ölkəmizin  tərəqqisində gənclərin rolu böyükdür. Bu gənclər bütün sahələrdə öz tövhələrini verməkdədirlər. Gənclərimiz parlamentə seçilərək gələcəyimiz üçün  böyük işlər görə bilər.Növbədən kənar parlament seçkilərində  gənclərə geniş  yer ayrılması ilə əlaqədar olaraq, bir gənc olaraq Prezidentimizin  yürütdüyü  siyasətə  öz töhfəmi verməyi özümə borc bildim. Elə bunun üçün də doğma ölkəmizdə   2020-ci ilin 9 fevral tarixində keçiriləcək  parlament seçkilərində  iştirak etmək üçün  namizədliyimi irəli sürdüm.

  09 yanvar 2020-ci il tarixdə 81 saylı Beyləqan Seçki Dairəsi tərəfindən  namizədliyim  təsdiq olundu.

Orxan müəllim, seçicilərlə görüşləriniz barədə məlumat vermənizi xahiş edərdik.

-Bildiyiniz kimi bu ilin yanvar ayının 17-dən  ölkənizin  bütün  seçki məntəqələrində Milli Məclisə  namizədlərin təbliğat, təşviqat işləri başlayıb. Bununla əlaqədar olaraq Beyləqanımızın  kənd və qəsəbələrində görüşlər keçirirəm. Bu görüşlər zamanı hər bir seçici ilə  fərdi qaydada  söhbət  aparır, onları dinləyirəm.

Orxan müəllim,əgər  Milli Məclisə deputat seçilsəniz Beyləqanımız üçün nə kimi işlər görəcəksiniz?

-Beyləqan rayonu  kənd təsərrüfatı rayonu olduğu üçün ilk olaraq  aqrar sahəyə köməkliyimi göstərəcəyəm. Beyləqanımız münbit torpağa malik olduğu üçün  rayonumuzda kənd təsərrüfatının  inkişaf etdirilməsinə üstünlük verilməlidir. Mən də qarşımda məqsəd qoymuşam ki,  kənd təsərrüfatında çalışan sahibkarların yanında olam. Beyləqanda mədəniyyət, səhiyyə, təhsil sahələrinin inkişafına nail olacağam.

Problemli ailələrə yaxından köməklik göstərəcəyəm.

Kənd və qəsəbələrimizdə gənclərimizin, ziyalılarımızın, ağsaqqallarımızın  qaldırdıqları  məsələlərə münasibətiniz necədir?

  -Bu gün cənab Prezident İlham Əliyevin gənclərə  ayırdığı diqqət və qayğıya əsaslanaraq  Beyləqanımızda, kənd və qəsəbələrimizdə  gənclərin asudə vaxtlarını səmərəli istifadə etmələri üçün köməklik göstərəcəyəm. Mütamadi olaraq  ağsaqqallar, ziyalılar, gənclərlə  görüşlər təşkil edəcəyəm.  Onların qaldırdıqları problemlərin həll olunmasına çalışacağam. Çalışacağam ki, Beyləqanımızı Milli Məclisdə ləyaqətlə təmsil edim.

Siz vətənpərvər bir gəncsiniz.  Bunu  kənd və qəsəbələrimizdə seçicilərlə keçirdiyiniz görüşlərdə də  görürük.Rayonumuzda  xeyli sayda  şəhid ailələrinin üzvləri olan seçicilər də vardır.

-Bəli, məlum Qarabağ savaşı zamanı Beyləqanımızın da igid, mərd oğulları vətənimizin  azadlığı, və torpaqlarımızın müdafiəsi zamanı müxtəlif  bədən xəsarəti almış və şəhid olmuşlar. Biz hər zaman  şəhidlərimizlə qürur duymuşuq. Hər zaman onları yad edir, xatirələrini əbədiləşdiririk. Şəhidlərimiz ən uca zirvədədir. Onların ruhları qarşısında baş əyirəm. Milli Məclisə deputat seçilsəm Şəhid ailələrinin üzvləri ilə daha da sıx əlaqə yaradacağam. 

Orxan müəllim, özünüz haqqında  məlumat vermənizi xahiş edərdik.

-Mən, Quliyev Qrxan Ramiz oğlu 1990-cı ildə Beyləqan şəhərində anadan olmuşam. 2007-ci ildə təhsilimi Fərman Hacıyev adına Beyləqan şəhər 2 nömrəli tam orta məktəbində  bitirmişəm.2007-ci ildə Azərbaycan Dövlət  İqtisad Universitetinin Maliyyə-kredit  fakultəsinə daxil olub,2011-ci ildə həmin universiteti  müvəffəqiyyətlə bitirmişəm. Universitetdə təhsil aldığım illərdə Yeni Azərbaycan Partiyasının sıralarına daxil olmuşam. “Bahar ” enerji əməliyyat  şirkətində (neft şirkəti) müxtəlif vəzifələrdə  çalışmışam. Ailəliyəm. İki övlad atasıyam.

Orxan müəllim, sonda  seçicilərə nə arzulayardınız?

-Hər bir Beyləqanlını, həmyerlilərimi  fevral ayının 9-da  keçiriləcək parlament seçkilərinə gələrək fəal iştirak etməyə çağırıram. Əziz seçicilərim , mənə səs versəniz sizin etimadınızı doğruldacağam. Layiqli namizədinizi  özünüz seçin.

-Müsahibə üçün çox sağ olun!

-Siz də sağ olun!