İki avtomobil piyada keçidinə çıxdı, altı nəfər yaralandı - VİDEO

16:40 03-02-2020 429

Rusiyanın Tver vilayətində iki avtomobilin toqquşması nəticəsində piyadalar xəsarət alıb.

Vesti.ru-nun xəbərinə görə, “KİA Stinger” və “Volkswagen” markalı avtomobillər toqquşub.

Avtomobillərdən biri piyada keçidinə çıxaraq piyadalara xəsarət yetirib.

Nəticədə, sürücü də daxil olmaqla, altı nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin ağır olmadığı bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.