“Azərenerji” yenidən qurulan “Dübəndi” yarımstansiyasına media-tur təşkil edib - FOTO

22:00 11-02-2020 157

“Azərenerji” ASC 2018-ci ilin payızından başlayan “Reabilitasiya Proqramına” əsasən yenidən qurulan və ölkə Prezidentinin iştirakı ilə istismara verilən 110/35/6 kilovoltluq “Dübəndi” yarımstansiyasına media-tur təşkil edib.  

“Azərenerji” ASC-nin ictimaiyyətlə əlaqələr və media mərkəzinin rəisi Teymur Abdullayev bildirib ki, “Reabilitasiya Proqramı” çərçivəsində ölkənin ən böyük 12 elektrik stansiyası və 20-dək yarımstansiyada yenidənqurma, təmir, bərpa işləri aparılır və “Dübəndi”yarımstansiyası da sökülərək tam yenidən qurulan yarımstansiyalardandır.  

“Artıq proqrama əsasında yenidən qurulan “Müşfiq”, “Zabrat” və “Dübəndi” yarımstansiyaları istismara verilib. “8-ci kilometr” və Sumqayıtdakı “Sulfanol” yarımstansiyalarında yenidənqurma işləri yekunlaşıb. “Xırdalan”, “Əhmədli” və “Maştağa” yarımstansiyalarında isə əsaslı tikinti və yenidənqurma işləri hazırda da davam edir”.  

Beləliklə, Abşeron yarmadasında yerləşdiyindən yarımstansiyanın elektrik avadanlıqlarının açıq şəraitdən qapalı şəraitə keçirilməsi atmosfer şəraitinin aşılayıcı təsirinə məruz qalması təhlükəsindən çıxarılıb. 

Dispetçer İdarəetmə Mərkəzi və yarımstansiyanın mikro SKADA sistemi yaradılıb. Ətraf mühitin sağlamlaşdırılması, ekoloji durumun yaxşılaşdırılması məqsədilə sökülmüş köhnə paylayıcı qurğuların ərazisində abadlaşdırma işləri aparılıb, yüzlərlə ağac və dekorativ bitkilər əkilib.