Sürücünün qəfil əyləci basması qəzaya səbəb oldu - VİDEO

11:00 14-02-2020 88

Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb. 

HerGun.Az xəbər verir ki, sosial şəbəkədə yayımlanan görüntülərdən aydın görünür ki, qəzaya sürücünün qəfil əyləci basması səbəb olub.

Belə ki, “KİA” markalı avtomobilin sürücüsü sürət həddi 60 km/saat olan yolda qəfil əyləci basıb. Bu zaman arxadan gələn “Mercedes” markalı avtomobilin sürücüsü həmin maşınla toqquşmamaq üçün nəqliyyat vasitəsini sağa çəkib və bardürə çırpılıb.

Həmin görüntülər arxadan gələn avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub.

Samir İsayev