Türkiyə Azərbaycanla sərhədi bağladı - Koronavirusa görə

18:40 23-02-2020 340

İranda koronavirusun yayılması xəbəri qonşu ölkələri, o cümlədən Türkiyəni də narahat edib.

İHA-nın yaydığı məlumata görə, Türkiyə virus təhlükəsinə görə, Naxçıvan-Dilucu sərhəd qapısını bağlayıb. Sərhəddən giriş-çıxışa rəsmən qadağa qoyulub.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı səkkizə çatıb.