Koronavirus Rumıniyaya da çatdı

03:00 27-02-2020 352

Ruminayın Səhiyyə üzrə Dövlət katibi Horasiu Moldovan ölkədə koronavirusa ilk yoluxma faktını rəsmi olaraq təsdiqləyib.

“RİA Novosti” xəbər verir ki, 18-22 fevral tarixlərində Rumıniyada olan İtaliya vətəndaşında evə qayıtdıqdan sonra koronavirus aşkar edilib.

“Matey Balş” adına instituta yerləşdirilən şəxsdə koronavirus müəyyən olunub. Bu Qorj şəhərinin sakinidir. Həmin şəxs qeyd olunan italiyalı ilə təmasda olub və sonra karantinə yerləşdirilib”, - deyə Moldovan qeyd edib.