Şirvanda qadın həyat yoldaşı tərəfindən bıçaqlandı
17:20 08-03-2020 571
Şirvanda ər həyat yoldaşını bıçaqlayıb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1984-cü il təvəllüdlü Abdullayeva Elnarə Tofiq qızı iki bıçaq yarası ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və üzərində cərrahiyə əməliyyatı həyata keçirilib.
E. Abdullayevanın həyat yoldaşı, 47 yaşlı Layiq Abdullayev tərəfindən bıçaqlandığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.