“Brent” markalı neft bahalaşır

10:40 20-03-2020 71

“Brent” markalı neftin qiyməti yüksəlir.

TASS agentliyi xəbər verir ki, Londonun ICE birjasında “Brent” markalı neftin may fyuçersləri əvvəlki qiymətlə müqayisədə 3%-dən çox artıb.

Bu günə olan məlumata görə, “Brent” markalı neftin qiyməti bir barel üçün 29,3 dollara bərabər olub.

WTI markalı neftin qiyməti isə 5,13 % artaraq bir barel üçün 27,24 dollar təşkil edir.