Gürcüstanda dövlət sərhədini keçən hər kəs karantinə yerləşdiriləcək

15:20 20-03-2020 341

“Gürcüstana gələn insanlar haradan gəlmələrindən asılı olmayaraq, karantin zonasına yerləşdiriləcək və həkimlərin nəzarəti altına alınacaqlar”.

“Sputnik Gürcüstan” xəbər verir ki, bu barədə Gürcüstanın hökumət sözçüsü İrakli Çikovani açıqlama verib.

O, vəziyyətə daha yaxşı nəzarət edə bilmək üçün Gürcüstan-Rusiya arasında olan Lars, Gürcüstan-Azərbaycan arasında yerləşən “Sınıq Körpü” və Gürcüstan-Türkiyə arasında yerləşən Sarp sərhəd-buraxılış məntəqələrində əlavə karantin zonaları təşkil edildiyini qeyd edib.