“Siyəzən broyler” ASC Fonda 197 min manat keçirdi

20:00 20-03-2020 66

Ölkənin iri quşçuluq təsərrüfatlarından olan “Siyəzən Broyler” ASC-nin kollektivi Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanını və həmin Fərmana əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılmasını razılıqla qarşılayıb. 

Kollektiv koronavirusun yeni növü ilə mübarizə məqsədi ilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 197 min manat vəsait ayrılması haqqında qərar qəbul edib və həmin vəsait bu gün birincilər sırasında Fondun yeni açılmış hesabına köçürülüb. 

“Siyəzən Broyler” ASC ümumi bəlaya qarşı mübarizədə gələcəkdə də dövlətin və xalqın yanında olacağını və bu çətin imtahandan üzağ çıxmaq üçün səylərini əsirgəməyəcəyini bildirib.