Yunanıstanda 5,7 bal gücündə zəlzələ baş verib

09:40 21-03-2020 369

Yunanıstanın Tesprotiya şəhərində 5,7 bal gücündə zəlzələ baş verib.

“HaberGlobal”ın məlumatına görə, bu barədə Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, təbii fəlakət yerli vaxtla gecə saat 03:49-da qeydə alınıb.

Yeraltı təkanların episentrinin yerin səthindən 7 km dərinlikdə yerləşdiyi vurğulanıb.