“Azəriqaz” fəaliyyətini tam iş günü rejimində davam etdirir - VİDEO

13:00 21-03-2020 84

“Azəriqaz” İstehsalat Birliyi Novruz bayramı ilə əlaqədar qeyri-iş günlərində (mart ayının 20-dən 27-dək) tam iş günü rejimində fəaliyyətini davam etdirir.

Qurumdan verilən məlumata görə, ayın 15-dən 19-dək Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN Xidmət” mərkəzində “bir pəncərə”də göstərilən xidmətlər iki gündür ki, dayandırılıb.

Müştəri xidmətləri yalnız Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan regional qaz istismar idarələri, Bakı Regional qaz istismar Departamenti və Sumqayıt qaz istismar Sahəsində həyata keçirilir.

Bundan başqa, Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da (Nizami rayonu, Babək pr., 21/24) abonentlərə eyni xidmətlər təqdim olunur. Qarşıdakı günlərdə vətəndaşlara itirilmiş və ya zədələnmiş smart-kartların bərpası, yeni qazlaşma tədbirləri nəticəsində quraşdırılmış smart tipli sayğacların kartlarının verilməsi, koda düşmüş kartların bərpası və digər zəruri xidmətlər göstəriləcək.