Mozambikdə 64 qaçqın yük maşınında ölü tapıldı

16:00 24-03-2020 338

Mozambikdə yük maşınında 64 qanunsuz miqrantın meyiti tapılıb.

“France-Presse” agentliyi bu barədə məlumat yayıb.

“Malavidən gələn, efiopiyalı olduqları ehtimal olunan qanunsuz mühacirləri daşıyan yük maşını nəzarət üçün Tete əyalətində dayandırılıb. 64 nəfər ölü, 14 nəfər sağ aşkar edilib”, - xəbərdə deyilir.

64 nəfərin boğularaq öldüyü təxmin olunur.