ABŞ-da koronavirusdan ölənlərin sayında kəskin artım

10:00 26-03-2020 69

ABŞ-da koronavirusa yoluxanların sayı 68 572-ə çatıb.

Sondakika.com xəbər verir ki, son 24 saatda ölkədə koronavirusdan 445 nəfər ölüb, 22 000 nəfər isə bu epidemiyaya yoluxub.

Bununla da, ölənlərin sayı 1038-ə yüksəlib.

ABŞ Çin və İtaliyadan sonra koronavirusun yayıldığı üçüncü ölkədir.