Portuqaliyada yeniyetmə koronavirusun qurbanı oldu

06:00 30-03-2020 28

Portuqaliyada 14 yaşlı yeniyetmə koronavirus səbəbindən vəfat edib.

“Efe” agentliyi xəbər verir ki, bu haqda ölkənin Səhiyyə Naziri Marta Temido xəbər yayıb.

Qeyd edək ki, Portuqaliyada təxminən altı min insan koronavirusa yoluxub. Ötən sutka ərzində 19 nəfər olmaqla, onlardan 119 nəfəri xəstəlikdən vəfat edib.

Nazirinin sözlərinə əsasən, həmin oğlan Aveyru əyalətinin Ovar şəhərində yaşayıb.

Yeniyetmə immun çatışmazlığından əziyyət çəkirmiş.