Dünyada son sutka ərzində koronavirusdan ölənlərin sayı ilk dəfə dörd mini ötdü

01:20 01-04-2020 350

Pandemiya dövründə ilk dəfə bir sutka ərzində koronavirusdan ölənlərin sayı dörd mini ötüb.

Son günün statistikasına görə, dünyada COVID-19-dan ölənlərin sayı 4215-ə bərabər olub. Bununla da epidemiyadan ölənlərin ümumi sayı 41983-ə çatıb.

Koronavirusa yoluxanların ümumi sayı isə 850 mindən çoxdur.

ABŞ-da sutka ərzində 20699 yoluxma faktı aşkarlanıb. 615 nəfər isə koronavirusun qurbanı olub.

Sutka ərzində koronavirusdan ən çox ölüm hadisəsi isə İtaliyada qeydə alınıb – 837 nəfər.

Çində bu virusdan ölənlərin sayı isə cəmi beş nəfər olub.