Çinli yeniyetmə koronavirusu Uhana qaytardı

17:00 01-04-2020 22

Böyük Britaniyada təhsil alan çinli yeniyetmə koronavirusu ilk ocağına – Uhan şəhərinə qaytaran ilk insan olub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Tələbə Çjou Dubay və Pekindən keçərək, Nyukasldan Uhan şəhərinə gedib. Pekin aeroportunda yeniyetmədən koronavirusun yoxlanılması üçün qan alınıb. Yeniyetmədə heç bir simptom olmayıb, bununla belə analizin nəticələri müsbət çıxıb.

Çjou simptomsuz koronavirus daşıyıcısı kimi Uhan xəstəxanasına yerləşdirilib. 

Qeyd edək ki, Çin hökuməti martın 24-də Uhan şəhərinin koronavirusa qalib gəldiyini elan edib.