Qırxılmış tük bərbəri kor edəcəkdi – FOTO

07:40 10-04-2020 341

ABŞ-ın San-Dieqo şəhərində (Kaliforniya ştatı) yaşayan bərbər Lindsi Berbanq müştərilərindən birinə xidmət göstərərkən gözünə qırxılmış tük düşüb.

“Daily Mail” xəbər verir ki, qadın tükü pinsetlə gözündən götürərək işinə davam edib.

Səhər yuxudan oyanan Lindsi gözünün şişdiyini görərək təcili həkimə müraciət edib.

Qadın uzun müddətlik xəstəxanada qalmaq istəmədiyindən həkimlər şişi yararaq ona antibiotik kursu təyin edib.

Lakin L.Berbanqın vəziyyəti düzəlməyib və o, əməliyyat masasına uzanmalı olub.

Məlum olub ki, qadının gözünə metisillinə davamlı qızılı stafilokok düşüb.