Britaniyalı boksçu canlı yayımda məşq zamanı biabır oldu – VİDEO

08:40 16-04-2020 38

Britaniyalı boksçu Sem Maksvell (13 qələbə, 0 məğlubiyyət) “İnstagram” səhifəsi üçün məşq videosu çəkərkən öz gözünü göyərdib.

“Daily Mail” xəbər verir ki, uğursuz apperkot zərbəsi vurmaq istəyən idmançı özünə xəsarət yetirib.

Qısa müddət keçdikdən sonra onun gözünün altı göyərib.

“Supersemin məşqləri təxirə salındı. Hamıdan üzr istəyirəm, daha güclü olduqdan sonra qayıdacam”, - deyə S.Maksvell qeyd edib.