Karantin qaydalarını sərt şəkildə pozan məşhur müğənni yarıçılpaq vəziyyətdə gündəmə gəldi - FOTO

12:00 24-04-2020 448

Britaniyalı 30 yaşlı müğənni Rita Ora paylaşdığı qalmaqallı fotosu ilə gündəmə gəlib.

HerGun.Az xəbər verir ki, dinləyiciləri oxuduğu mahnılarla feyzyab edən gənc qadın karantində sənətlə deyil, daha çox açıq-saçıq və ehtiraslı şəkilləri ilə diqqət çəkir.

Rita fotoqraf Keti Eleanor Qrandın kamerası önünə əyninə geydiyi zoğalı rəngdə alt paltarda keçib. Saçlarını qısa kəsdirən müğənninin imicindəki dəyişiklik izləyicilər tərəfindən maraqla qarşılanıb.

Fit və ideal bədən quruluşuna sahib olan sənətçinin qarın əzələlərinin formada olması isə əks cinsin nümayəndələrinin heyranlığına səbəb olub.

Xatırladaq ki, bir müddət öncə müğənni Rita Ora Britaniyada elan olunan karantin rejimini kobud şəkildə pozması ilə media nümayəndələrinin dilinə düşmüşdü. Onun şəhərdən kənarda bağ evində qonşuları ilə təmasda olub, dostları ilə birgə əylənməsi tənqidlə qarşılanmışdı.

Rəşad Əliyev