Manevr qaydasını pozan sürücü qəza törətdi, yaralılar var - VİDEO

02:40 11-05-2020 459

Bakıda ağır qəza baş verib.

HerGun.Az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Koroğlu Rəhimov küçəsi ilə hərəkətdə olan “Lexus” markalı avtomobilin sürücüsü sola manevr edərkən “Hyundai” markalı avtomobil ilə toqquşub.

Hadisə nəticəsində “Hyundai”da olan sərnişin xəsarət alıb. Qəza zamanı hər iki avtomobilə ciddi ziyan dəyib.

Avtoqəza yerinə polis əməkdaşları cəlb olunub. Hadisənin təfərrüatları araşdırılır.