Qubada sel körpünü apardı: Kəndlə əlaqə kəsildi - VİDEO

04:00 11-05-2020 22

Qubada körpünü sel aparıb.

Baku TV-nin məlumatına görə, hadisə rayonun Çayqışlaq kəndində baş verib.

Belə ki, sel suları 12 metr uzunluğda olan körpünü dağıdıb.

Kənd sakininin sözlərinə görə, birinci dəfə sel may ayının ayının 7-də baş versə də, hər hansı bir tələfata səbəb olmayıb. Bu gün baş verən sel isə körpünü yararsız vəziyyətə salıb.

Qeyd edək ki, kəndin mərkəzindən keçən Şabrançay yaşayış məntəqəsini iki hissəyə ayırır. Hazırda kəndin bir hissəsi ilə əlaqə kəsilib.