Qubada Çağacıq çayı üzərində yeni körpülər salınacaq - FOTO

10:20 11-05-2020 460

Xanəgah kəndinin ərazisindən keçən körpünü güclü yağışlardan sonra sel aparıb.

HerGun.Az xəbər verir ki, sel körpünün bir hissəsini yararsız hala salıb.

Ötən gün müşahidə edilən yağışlı hava şəraiti isə vəziyyəti bir az da çətinləşdirib. 

Quba Rayon İcra Hakimiyyətindən HerGun.Az-a verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb:

"Bu körpülər kəndin daxilində yerləşir. Heç bir kəndi bir-biri ilə əlaqələndirmir. Məlumatlarda əhalinin yaşayış məntəqələri ilə əlaqəsinin kəsildiyi qeyd olunur. Bu, həqiqəti əks etdirmir. Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev müvafiq qurumların rəhbərləri ilə birlikdə əraziyə baxış keçirib. İcra başçısının tapşırıqlarına uyğun olaraq, Cağacuq çayının Xanəgah kəndinin ərazisindən keçən hissəsində yeni körpülər tikiləcək. Artıq bu barədə qərar qəbul olunub. Qərarın icrası üçün hava şəraitinin stabilləşməsini gözləyirik".

Könül Cəfərli