190 manatlıq yardımın ikinci ay ödəmələrinə başlanılır - RƏSMİ

18:00 11-05-2020 27

“Mayın 12-dən xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləmiş aztəminatlı vətəndaşlara birdəfəlik ödəmənin (190 manat) ikinci ay üçün ödənişləri verilməyə başlanacaq”.

Bunu HerGun.Az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya Şöbəsinin müdiri Fazil Talıbov bildirib.

O qeyd edib ki, hazırda 190 manat alan şəxslərə bank kartların verilməsi prosesi gedir:

“Sabahdan aprel ayının 9, 10, 11 və 12-si 190 manatlıq birədəfəlik ödəniş alan şəxslərə bu ayın ödənişi kartlara köçürüləcək”.

Şöbə müdiri qeyd edib ki, mayın sonuna qədər ödənişlər verilməsi başa çatacaq.