Bakı metrosuna giriş məhdudlaşdırıldı - VİDEO

08:20 12-05-2020 471

“Bakı metropoliteni” bu gün səhər saatlarından etibarən yenidən fəaliyyətini dayandırıb. Buna səbəb metropolitendə yaranan texniki nasazlıqdır.

Bu barədə Baku TV-nin əməkdaşına metropolitendə xidmət aparan polis əməkdaşları məlumat verib.

Polis əməkdaşları bildirib ki, metro bu gün səhərdən etibarən yaranmış texniki nasazlıq səbəbindən bir neçə saatlıq fəaliyyətini dayandırıb. Hazırda nazaslığın aradan qaldırılması istiqamətində iş aparılır.

Metronun fəaliyyətinin bir neçə saat ərzində yenidən bərpa ediləcəyi bildirilib.

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq, Bakı metrosu martın 31-dən etibarən fəaliyyətini müvəqqəti olaraq fəaliyyətini dayandırmışdı. Mayın 9-dan etibarən isə karantin rejiminin yumşaldılması planına əsasən, metronun fəaliyyəti yenidən bərpa edilmişdi.