Xaricdə ölən azərbaycanlıların nəşinin gətirilməsi ilə bağlı AÇIQLAMA

18:00 13-05-2020 399

“Xaricdə yaşayan azərbaycanlılar arasında yoluxma və ölüm halları var. Ölən vətəndaşların nəşinin geri qaytarılmasına karantin rejimində icazə verilir”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

“Bunun həyata keçirilməsi üçün mövcud vəziyyətdə həmin dövlətlərin aidiyyəti qurumlarla işlər həyata keçirilir və vəfat edən şəxslərin nəşinin geri qaytarılması təmin edilir”, - deyə L.Abdullayeva qeyd edib.

İlhamə Əbülfət