Ağcakənd sakinlərinə tibbi maska paylandı - FOTO

21:00 13-05-2020 361

Xocalı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 pandemiyasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

Bildirilib ki, Xocalı RPŞ-nin əməkdaşları tərəfindən məcburi köckünlərin məskunlaşdığı Goranboy rayon Ağcakənd qəsəbəsində koronavirus pandemiyasının əhatə dairəsinin genişlənməsinin qarşısının alınması məqsədilə mütəmadi qabaqlayıcı tədbirlər görülür.

Həmçinin, şöbə əməkdaşları sosial müavinətlərin və təqaüdlərin verilməsi ilə bağlı yerli idarələrin və bankların önündə yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə həmin ərazilərə ciddi nəzarət edir, vətəndaşlara sosial məsafənin saxlanılmasının onların sağlamlıqları üçün mühüm əhəmiyyət kəsb etdiyi barədə məlumat verirlər.

Sakinlərə tibbi maska paylayan Xocalı RPŞ-nin əməkdaşları bu həssas zamanda hər kəsə diqqətli olmağı, gigiyenik qaydalara riayət etmələrini tövsiyə ediblər.