ABŞ restoranlarında qonaqlarla bərabər manikenlərə də xidmət göstəriləcək - VİDEO

08:40 17-05-2020 423

ABŞ-ın Virciniya ştatında “Inn at Little Washington” restoranının sahibi sosial məsafə problemini həll etmək üçün qeyri-adi üsul seçib. Belə ki, zalda qonaq qismində manikenlərə də xidmət göstəriləcək.

Bu barədə NTV xəbər yayıb.

Qeyd edək ki, ştatda restoranlar mayın 29-dan etibarən açılacaq. Lakin hökumətin tələbi ilə müəssisələr maksimum yarıya qədər dolmalıdır.

Müştərilər özlərini tənha hiss etməsinlər deyə, onlarla bir masaya ötən əsrin 40-cı illərin dəbinə uyğun geyimləri olan manikenlər əyləşdiriləcək.