“Suğra və oğulları” filminin ilk treyleri yayımlandı - VİDEO

21:20 19-05-2020 30

Bakı Media Mərkəzi və “ButaFilm” şirkətlərinin birgə istehsalı olan “Suğra və oğulları” filminin ilk təqdimat videosu tamaşaçıların ixtiyarına verilib.  

Filmin çəkilişləri zamanı Almaniyanın “Salar Film” və Fransanın “Arizona Production” şirkətlərilə yaxından əməkdaşlıq edilib.  

Filmdə İkinci Dünya Müharibəsi dövründə Azərbaycan kəndində yaşayan insanların taleyindən bəhs olunur.  

Yüksək peşəkarlıqla çəkilmiş ekran əsərinin beynəlxalq film festivallarında Azərbaycanı təmsil etməsi gözlənilir.