Rejissor ərindən boşanan Səbinə Babayeva üzə çıxdı - VİDEO

19:40 23-05-2020 24

“Ən böyük arzum ABŞ-a getmək idi. Bu arzumu da həyata keçirdim. Orada xatirə üçün bir neçə görüntü çəkdirdim. Nyu-York şəhərində olduğum zaman mənə iş təklifi gəldi. Studiyada reklamları səsləndirmək kimi iş təklifi aldım. Lakin bu təklifə “yox” cavabı verdim. Çünki bu iş mənim üçün maraqlı deyil”. 

HerGun.Az xəbər verir ki, bu sözləri 2012-ci ildə Azərbaycanı “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində təmsil edən, ötən həftə isə rejissor həyat yoldaşı Cavidan Şərifovla boşandığını açıqlayan müğənni Səbinə Babayeva “Xəzər” televiziyasında yayımlanan “X maqazin” proqramında deyib.

Efirlərə nadir hallarda qatılan sənətçi qazancının toylar olmadığını dilə gətirib:

“Toylardan pul qazanmıram. Əgər sən gündəmdə deyilsənsə və səni el şənliyinə 500 manata çağırırlarsa, bu o demək deyil ki, sən pis müğənnisən. Əksinə, sən çox gözəl ifaçı ola bilərsən”.

Rəşad Əliyev