ABŞ polisi nümayişçilərə qarşı yeni üsuldan istifadə edir - VİDEO

16:00 02-06-2020 30

Vaşinqtonda polis etiraz aksiyasına çıxan insanlara qarşı yeni taktika istifadə edir.

Hərbi vertolyotlar maksimum nümayişçilərə yaxınlaşaraq, onlardan dağılışmağı tələb edib.

“Daily Mail” agentliyi xəbər verir ki, nəticədə ərazidə güclü külək və toz yaranıb.

Qeyd edək ki, mayın 25-də internetdə afroamerikalı Corc Floydun saxta əskinaslarla ödəniş etməsi şübhəsi ilə saxlanılması anının videogörüntüsü yayılıb.

Polis afroamerikalının qoluna qandal vuraraq onu yerə yıxıb və sonra dizi ilə boynunu sıxıb.

Videoda Floydun nəfəs ala bilmədiyinə görə qışqırması, ancaq polisin buna əhəmiyyət vermədiyi görünür.

Bu hadisədən qısa müddət sonra saxlanılan şəxs xəstəxanada ölüb. Nəticədə ABŞ-ın müxtəlif ştatlarında kütləvi iğtişaşlar başlayıb.