Bakıda küçəyə çıxmaq qadağasının ilk günündə təcili yardım xidmətinin iş rejimi - VİDEO

22:40 06-06-2020 570

Nazirlər Kabineti Yanında Operativ Qərargahın qərarına əsasən həftəsonu iki gün ərzində sərt karantin rejimi elan olunub və bununla da vətəndaşların çölə çıxışı tam olaraq məhdudlaşdırılıb.

Belə olduqda isə polis və təcili yardım işçilərinin üzərinə böyük yük düşür.

Onlar gücləndirilmiş iş rejimində çalışaraq vətəndaşların köməyinə gedirlər.

8 saylı köməkçi təcili tibbi yardım stansiyasının əməkdaşları səhər-axşam demədən “103” çağrı mərkəzi tərəfindən onların stansiyasına yönləndirilən bütün çağırışların yardımına qaçırlar.

Çağırış briqadasının üzvü Zəhra Məmədova deyir ki, bu gün ötən günlərə nisbətən gələn çağırılarda böyük artım var.

Bakı şəhəri təcili yardım operativ və əməliyyat işləri üzrə baş həkimin müavini Nuridə Fərzəliyeva isə bildirir ki, çölə çıxması məhdudlaşdırılan vətəndaşlar 103 çağrı mərkəzindən maraqlı müraciətlərlə kömək istəyirlər.

Adi günlərdə Bakı şəhəri üzrə xətdə hər gün 130 təcili yardım briqadası xidmət edirdisə, bu gün vəziyyətlə əlaqədar onların sayı 155-ə çatdırılıb.

Zeynəb Nadirova

Vasif Miradəmoğlu