ABŞ-da atışma: Səkkiz nəfər yaralandı

17:00 13-06-2020 383

ABŞ-ın Texas ştatının San Antonio şəhərində baş vermiş silahlı insident nəticəsində azı səkkiz nəfər yaralanıb.

“Associated Press” agentliyi xəbər verir ki, hadisə şəhərdə yerləşən barlardan birinin avtomobil dayanacağında baş verib.

Məlumata görə, mühafizəçilər sərxoş vəziyyətdə olan bir qrup şəxsi bara buraxmaqdan imtina edib. Yaranmış mübahisə nəticəsində narazı qalmış müştərilərdən biri avtomobilinin yük yerindən tüfəng çıxararaq, ətrafdakılara atəş açmağa başlayıb.

Hələlik hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirmək mümkün olmayıb. Polis araşdırma aparır.