Çin avstraliyalı aktyorun edamına qərar verdi

19:20 15-06-2020 329

2013-cü ildən bu yana Çində həbsdə saxlanılan avstraliyalı aktyor Karm Gilespi haqqında məhkəmə edam qərarı verib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Hava limanında 7.5 kiloqram metamfetamin maddəsi ilə tutulan keçmiş aktyor 10 gün ərzində qərara etiraz edə bilər.

Dostları K.Gilespinin tələyə salındığını iddia edir. Çünki sözügedən şəxs nəinki narkotik maddə, heç siqaret və içkidən belə istifadə etməyib.

Çində qəbul edilmiş qərar Avtraliya ilə bu ölkə arasında münasibətləri kəskinləşdirib.