Kianu Rivz “görüşünü” hərraca çıxardı

06:40 21-06-2020 468

Məşhur Hollivud ulduzu Kianu Rivz 15 dəqiqəlik onlayn görüşünü xeyriyyə hərracına çıxarıb.

Bu barədə “Star News” xəbər yayıb.

Bildirilir ki, aktyorla görüşmək istəyənlərin bazar ertəsinə qədər vaxtı var. Lakin ulduzla randevu üçün artıq 17 min dollar (28 900 manat) təklif edənlər var.

Görüşdən əldə olunan gəlir onkoloji xəstə uşaqlara kömək üçün xərclənəcək.