Bakıda parkda ağac aşdı - FOTO

15:20 24-06-2020 369

Bakıda parkda irigövdəli ağac aşıb.

HerGun.Az-ın məlumatına görə, aşan ağac Vaqif prospekti və Səməd Vurğun küçəsinin kəsişməsində yerləşən Zorge parkında olub.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov HerGun.Az-a bildirib ki, ağac yaşlı olub:

“Artıq ağac park ərazisindən götürülüb”.

İlhamə Əbülfət