Bakı-Şamaxı yolunda ağır qəza: Yaralılar var

02:00 25-06-2020 397

Bakı-Şamaxı magistral avtomobil yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, qəza zamanı 1992-ci il təvəllüdlü Qədirov Elnur Elşən oğlu, 1996-cı il təvəllüdlü Rəcəbli Şəhla Malik qızı və 1955-ci il təvəllüdlü Rəhimov Aydın Əli oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

E. Qədirova qabırğanın küt travması, Ş. Rəcəbliyə bədənin küt travması və A. Rəhimova isə qapalı kəllə-beyin və döş qəfəsinin qapalı travması diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.