“Disney” irqçilik ittihamı səbəbindən attraksionları dəyişdirəcək

07:40 27-06-2020 336

ABŞ-ın “The Walt Disney Company” şirkəti irqçilik iddiaları səbəbindən əyləncə parklarında attraksionların mövzusunu dəyişdirəcək.

HerGun.Az xəbər verir ki, bu barədə şirkətin saytında yayımlanan açıqlamada bildirilib.

Dəyişikliklərin iki parka - Orlandodakı “Disney World Resort”a (Florida) və Anahaymdakı (Kaliforniya) “Disneylend”ə təsir edəcəyi bildirilib.

Şirkət rəsmiləri irqçilik iddialarının Uilfred Cesonun 1946-cı ildə çəkdiyi “Güney mahnısı” filminin mövzusu ilə əlaqədar olan “Splash Mountain” su attraksionu ilə bağlı olduğunu söyləyib.

Attraksion 2009-cu ildə çəkilən və baş qəhrəmanı Tiana adlı qaradərili şahzadə olan “Şahzadə və Qurbağa” üslubunda yenidən düzəldiləcək.

Change.org saytında yayımlanan petisiyada Florida, Kaliforniya və Yaponiyadakı parklarda attraksionun 1946-cı ildə çəkilmiş filmdən “son dərəcə problemli və irqçi stereotiplərə bənzədildiyi” bildirilib.