İbrahim Tatlıses əmlak üstündə küsdüyü oğlu ilə barışdı

19:20 27-06-2020 514

Türkiyəli müğənni İbrahim Tatlıses və “məni təhdid edir” deyərək barəsində iddia qaldırdığı oğlu Ahmet Tatlı barışıb.

Bu barədə “Hürriyet” yazıb.

Ata-oğul Türkiyənin “Kanal D” televiziyasında yayımlanan “İkinci səhifə” proqramında üz-üzə gəlib.

“Ahmet mənim oğlumdur, göz bəbəyimdir. Ahmet aslanın aslanıdır”, -deyən İ.Tatlıses oğlu ilə aralarında problem qalmadığını göstərib.

Xatırladaq ki, ata ilə oğul arasında daşınmaz əmlak üstündə problem yaşandığı açıqlanmışdı.