41 yaşlı qadın qəzada yaralandı

09:20 03-07-2020 307

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Report xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü Hacıyeva Aynurə Yusif qızı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.