Hindistanda ildırım bir gündə 26 nəfərin həyatına son qoydu

11:00 03-07-2020 331

Hindistanda bir gün ərzində 26 nəfər ildırım vurması nəticəsində ölüb.

Bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Faciə Hindistanın şərqindəki Bihar ştatında qeydə alınıb.

Bu, son günlər ərzində Bihar ştatında çoxsaylı insan ölümü ilə nəticələnən üçüncü təbii fəlakətdir.

Fövqəladə xidmət qurumları bölgədə artan təhlükənin səviyyəsi barədə vətəndaşlara xəbərdarlıq ediblər.