Hikmət Hacıyevdən koronavirus vaksinləri ilə bağlı VACİB AÇIQLAMA

17:40 03-08-2020 51

“Vaksinləri istehsal edən şirkətlərlə işgüzar əlaqələr saxlanılır və bu məsələ öyrənilir”.

HerGun.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, vaksinlə əlaqədar çoxlu sayda araşdırmalar aparan şirkətlər var:

“Amma yekdil nəticələrə gəlinməsi, tam özünü dorğultmuş, fəsadlara yol verməyən, bazarda hamı üçün məqbul olan vaksinlərin istifadəyə verilməsi kimi məsələlər diqqət mərkəzində saxlanılır”.

İlhamə Əbülfət